“Dördüncü sənaye inqilabı və yeni texnoloji quruluşun tətbiq edilməsi iqtisadi artıma təsir göstərməlidir”. Bunu Sputnik Azərbaycan-a dördüncü sənaye inqilabının post-pandemiya dövründə iqtisadi artıma təsir imkanları haqqında danışarkən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.
Professor bildirib ki, bir sıra hallarda Dördüncü sənaye inqilabının təbliğatçıları “inkluziv kapitalizm” yanaşmasını ortaya qoyur: “Bu isə insanların universal davranış metodlarına üstünlük verməsini diktə edir. İnkluziv kapitalizmin müsbət məqamları olsa da, bu insanların azad və yaradıcı yanaşmalarının yayılmasına maneə törədə bilər. İnsan fəaliyyətinin idarə olunması ilə bağlı yanaşmalar iqtisadi artıma istiqamətlənməyib. Ona görə də düşünürəm ki, bu yanaşmalar deyil, məhsuldarlığın, iqtisadi artımın yüksəldilməsi, həmçinin sənayeləşdirmənin sürətləndirilməsi ilə bağlı addımlar post-pandemiya dövründə iqtisadi artımın şahidi ola bilərik”.
Elşad Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz