MƏDƏNİYYƏT

"Son dərəcə bacarıqlı və səxavətli insan idi" - Mehriban Əliyeva

Mehriban Əliyeva: "Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı"
Sputnik

BAKI, 22 may — Sputnik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "Instagram" səhifəsində Xalq rəssamı Tahir Salahovla bağlı paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir:

"Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır".