İsrail və İranın Bakıdakı səfirləri "dalaşdılar"

"Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik", - İran səfiri.
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. "Eşitdim özünü məzlum göstərməklə qardaş evində qardaşı pisləmisən və yalan danışmısan. Yəqin ki, hələ İran və Azərbaycanın qeyrətindən və təəssübkeşliyindən məlumatsızsan".

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin Qəzzadakı hadisələr, son İsrail – Fələstin qarşıdurması barədə videomüraciətinə cavab olaraq yazıb.

"Bil ki, biz ətlə dırnaq kimi vahid və ayrılmazıq, irin və çirkin dırnağın altında yuva qurmasına icazə vermərik!", - deyə Seyid Abbas Musəvi yazıb.

Qeyd edək ki, öz videomüracətində İsrailin Azərbaycandakı səfiri Corc Dik İranı terroru maliyyələşdirilən bir nömrəli dövlət adlandırıb.

"Münaqişədən minlərlə kilometr uzaqda olduğumuzu düşünə bilərik. Lakin bu belə deyil. Əslində, biz ona yaxınıq", - deyə səfir qeyd edib.