Zakir Həsənov Belarusun müdafiə nazirinə başsağlığı verib

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Sputnik

BAKI, 21 may — Sputnik. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninə başsağlığı ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, başsağlığında deyilir:

"Baranoviç şəhərində Yak-130 ekipajının faciəvi şəkildə həlak olması xəbəri məni çox kədərləndirdi.

Azərbaycan Ordusunun şəxsi heyəti və şəxsən öz adımdan həlak olanların ailələrinə, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik".

Xatırladaq ki, mayın 19-da Belarusun Baranoviç şəhəri yaxınlığında hərbi təyyarənin qəzaya uğraması nəticəsində iki pilot ölüb.

"Baranoviç yaxınlığında Lid hücum aviabazasına məxsus “Yak-130” hərbi təyyarəsi qəzaya uğrayıb. Təəssüf ki, təyyarədəki hər iki pilot həlak olub", - deyə belarusun Müdafiə Nazirliyi bildirib. Hadisə nəticəsində başqa qurbanın və dağıntının olmadığı qeyd edilib.

Həmçinin oxuyun:

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalanıb

Azərbaycanın və Belarusun müdafiə nazirləri hərbi hissələri ziyarət ediblər