SƏHİYYƏ

Vaksin olunanların sayı artdı - Azərbaycanda

Mayın 20-də birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14332 nəfər təşkil edib.
Sputnik

BAKI, 21 may — Sputnik. Azərbaycanda son sutkada 33102 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21393 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 11709 nəfərdir.

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1924805 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189886 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834919 nəfərdir.

Qeyd edək ki, dünən koronavirus əleyhinə 28411 vaksin vurulub. Mayın 20-də birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14079, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14332 nəfər təşkil edib.