CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq nikahlarının sayı azalıb - Elgün Səfərov

"2019-2021-ci illərdə internat müəssisələrində heç bir uşaq zorakılığı faktı qeydə alınmayıb. Bu  barədə Daxili İşlər Nazirliyindən əldə etdiyimiz sorğuda qeyd edilir. Lakin uşaq bağçaları ilə bağlı vəziyyət fərqli olub".
Sputnik

 

BAKI, 21 may — Sputnik., Nigar İsgəndərova. "Azərbaycanda vətəndaş nikahlarının azalması müşahidə eidlir. Vətəndaş nikahlarından doğulan uşaqların da sayında azamalar var. Bu rəqəm təxminən 50 faizədək aşağı düşüb".

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov bu gün Sputnik Azərbaycan-ın mətbuat mərkəzində təşkil edilən onlayn çıxışı zamanı deyib.

Komitə rəsmisi son illərdə uşaq nikahlarının da 10 dəfəyədək azadlığını bildirib: "Din xadimlər tərəfindən dini nikaha daxil olanadək rəsmi şəkildə şəhadətnamənin təqdim edilməsi məqsəd kimi qoyulub. Bununla bağlı olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitısi ilə birgə qərara gəlinib. Din xadimlərinə tövsiyə sənədlər də təqdim edilib. Bu amil uşaq nikahlarının sayının aşağı düşməsinə səbəb olub. 10 il əvvəl 4500 civarında olan uşaq nikahları bu gün 350 civarındadır".

Komitə rəsmisi bildirib ki, xüsusın də cənub zonasında uşaq nikahlarının sayı xeyli azalıb. Uşaq nikahlarının respublika üzrə sayına görə cənub bölgəsi 5-6-cı yerlərdə qərarlaşıb. Cənub zonasından fərqli olaraq Bakı şəhəri və Bakı kəndlərindəki vəziyyət bir o qədər də ürəkaçan deyil: "Bakı kəndləri uşaq nikahlarına görə respublikada ilk yerdə qərarlaşıb".

Uşaq nikahlarının sayı azalıb - Elgün Səfərov

Komitə rəsmisi mühafizə ordenləri haqda da danışıb: "Qısa və uzunmüddətli mühafizə ordenləri var. Bunun tətbiqində məqsəd qurbanın mühafizəsidir. Zorakılıq törədən şəxsin qurbana yaxınlaşmaq, onunla əlaqə saxlamaq hüququ yoxdur. Həmin şəxs bu tələbləri pozduqda onun digər azadlıqları da məhdudlaşdırıla bilər".

"2013-cü ildən mühafizə ordeninin tətbiqinə başlanılıb. Həmin illərdə 5-6 fakt üzrə mühafizə ordeninin tətbiqi həyata keçirilirdisə, artıq bu rəqəm son 3 il ərzində 80-90 civarında olub", - deyə o əlavə edib. 

O bildirib ki məişət zorakılığı faktlarına görə elektron qolbağın tətbiqi çox vacibdir.

Komitə rəsmisi zorakılığa məruz qalan kişilər haqda danışaraq bildirir ki, əksər hallarda nə dövlət qurumları, nə də ki psixoloqlara müraciət edirlər.

E.Səfərov uşaq nikahlarına cəlb edilən oğlan uşaqlarının sayında da azalmaların olduğunu bildirib və vurğulayıb ki, yetkinlik yaşına çatmayan oğlan uşaqları arasında 2019-2020-ci illərdə nikaha məcburedilmə ilə bağlı 1 fakt qeydə alınıb.

Komitə rəsmisi uşaq zorakılığı haqda da danışıb: "2019-2021-ci illərdə internat müəssisələrində heç bir uşaq zorakılığı faktı qeydə alınmayıb. Bu  barədə Daxili İşlər Nazirliyindən əldə etdiyimiz sorğuda qeyd edilir. Lakin uşaq bağçaları ilə bağlı vəziyyət fərqli olub. Belə ki, pandemiyayadək uşaqlara qarşı uşaq bağçalarında zorakılıq qeydə alınıb".

"Uşaq bağçaları və bu kimi bütün müəssisələrdə işləyən əməkdaşlar, pisixoloqlar, sosial işçilər, tərbiyəçilər sertifikatlaşdırılmalıdır. Bu şəxslərin psixoloji və sosial bilikləri olmalıdır", - deyə E.Səfərov vurğulayıb.

E.Səfərov çıxışı zamanı həmçinin uşaqlar arasında yayılan pis vərdişlərdən də danışıb. Eyni zamanda uşaqların üzlırinin bəzi media orqanlaırnda açıq göstərilməsinə də münasibət bildirib: "Zorakılığa məruz qalan uşağın üzünün gösətrilməsi, ünvanının qeydi, ad-soyadının yazılması etik deyil. Təəssüf ki bəzi medi orqanalırnda zorakılığa məruz qalan şəxslərin üzləri açıq göstərilir. Uşaqla, ailə ilə danışıq qaydası olmalıdır. Uşağı verilişə dəvət eddirlər, adı, üzü göstərilir. Axı bu kimi hallar gələcəkdə onun məktəb həyatında bullinqə məruz qalmasına səbəb olacaq".