RUSİYA

Rusiyadan gətirilən ağac materiallarının qiymətləri qalxacaq

"Bu iş Rusiya prezidentinin tapşırığı əsasında həyata keçirilir və ağac materiallarının ölkədən çıxarılmasına daha geniş məhdudiyyətləri müəyyən edir".
Sputnik

 

BAKI, 21 may — Sputnik. Cari ilin iyulun 1-dən etibarən Rusiyada kobud emal olunmuş bir sıra ağac növlərinin ixracına qoyulan rüsumun məbləği 10% artırılacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu artım ilin sonuna qədər davam edəcək və ağac materiallarının ölkədən çıxarılmasına daha geniş məhdudiyyətləri nəzərdə tutur.

"Bu iş Rusiya prezidentinin tapşırığı əsasında həyata keçirilir və ağac materiallarının ölkədən çıxarılmasına daha geniş məhdudiyyətləri müəyyən edir", - deyə Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dəyirmi ağac materiallarının xaricə satışına qadağa qoyulmasına dair tədbir görülməsinin zəruriliyini bildirib.

Bundan əlavə, baş nazirin müavini, prezidentin Uzaq Şərq regionu üzrə səlahiyyətli nümayəndəsi Yuri Trutnev bildirib ki, hökumət dəyirmi ağac materiallarının ixracına dair 2022-ci ildə qüvvəyə minəcək qadağanın ləğv edilməsi məsələsini nəzərdən keçirmir.

Qeyd edək ki, Azərbaycanda tikintidə istifadə edilən ağac məmulatları əsasən Rusiyadan gətirilir. Ağac növlərinin ixracına qoyulan rüsumun məbləğinin artması təbii olaraq ölkəmizdə də bu materialların qiymətində artıma səbəb olacaq.