Ali Məhkəməyə yeni hakimlər təyin edilib

Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələyə baxılıb.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 may — Sputnik. Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında" məsələyə baxılıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu

2. Əhmədov Əhməd Abbas oğlu

3. Əliyev Ələsgər Əliabbas oğlu

4. Kərimov Fərhad Abdulkərim oğlu

5. Mövsümov Nazim Rasim oğlu

6. Nağıyev İman Məhəmməd oğlu

7. Rəcəbov İlkin Əbülfəz oğlu

8. Kərimov Səyyad Əli oğlu

Məsələ səsə qoyularaq qəbul edilib.