Komitədən şad xəbər: Pandemiya dövründə boşanmalar azalıb

E.Səfərov bildirib ki, 2019-cu ildə boşananların sayı 17 mindən çox idisə, 2020-ci ildə isə bu rəqəm 14 min olub: "Yəni, iki ili müqayisə etdikdə rəqəmlərin 15 faiz azaldığını görə bilərik".
Sputnik

BAKI, 21 may — Sputnik. "2019-cu ildə 69 min, 2020-ci ildə 39 min nikah bağlanıb. Lakin ötən ilin cari dövrü ilə müqayisədə 2021-ci ilin cari dövründə bağlanan nikahların sayı 2019-cu ilin cari dövründə bağlanan nikahlarla say eyniliyi təşkil edib".

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov bu gün Sputnik Azərbaycan-ın mətbuat mərkəzində təşkil edilən onlayn çıxışı zamanı deyib.

Komitədən şad xəbər: Pandemiya dövründə boşanmalar azalıb

O bildirib ki, təkcə bu ilin 3 ayında 15 min nikah bağlanıb. Komitə rəsmisi boşanmalarla bağlı vəziyyətə də aydınlıq gətirib. E.Səfərov bildirib ki, 2019-cu ildə boşananların sayı 17 mindən çox idisə, 2020-ci ildə isə bu rəqəm 14 min olub:

"Yəni, iki ili müqayisə etdikdə rəqəmlərin 15 faiz azaldığını görə bilərik. Lakin qeyd edim ki, cari ilin ilk 3 ayında qeydə alınan nikahlar 2019-cu ilin ilk 3 ayında qeydə alınan nikahlarla eynilik təşkil edib".

Komitə rəsmisi həmçinin ailələrə göstərilən psixoloji yardımlar,  "Ailələrə zəng" layihəsi və digər bu kimi layihələr haqda məlumat verib.