BAKI, 20 may — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, mayın 28-də, Bakı vaxtı ilə saat 14:30-da "Gələcəyin kommunikasiyaları: "Z" nəslinin diqqətini necə çəkməli" mövzusuna həsr olunmuş növbəti vebinar keçiriləcək.
Vebinarın spikeri məşhur rusiyalı bloger və PR üzrə mütəxəssis Trofim Tatarenkovdur.
Tatarenkov strateji kommunikasiyalar, böhran əleyhinə PR və GR üzrə mütəxəssis, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsi Biznes Məktəbinin rəhbəridir. 2015-2016-cı illərdə Futbol üzrə Dünya Çempionatına hazırlıq və keçirilməsi çərçivəsində Sankt-Peterburq vitse-qubernatorunun ictimai məkanların və iaşə obyektlərinin yaradılması və keçirilməsi üzrə müşaviri vəzifəsində çalışıb.
2009-cu ildən 2014-cü ilə kim Sankt-Peterburq komitə rəhbərlərini xarici kommunikasiyalar üzrə səfərlərdə müşayiət edib və onlara məsləhətlər verib.
"Qeyri-Sosial Şəbəkə" "Telegram" kanalının və "İZOLENTA live" şousunun (330-dan çox proqram) müəllifi və aparıcısıdır. Eyni zamanda, NTV, Zvezda, Sankt-Peterburq, Gorod + və Russia24 telekanallarının analitik proqramlarının rabitə sahəsində daimi mütəxəssisi, RİA-Novosti, Radio Sputnik-in köşə yazarıdır.
Trofim Tatarenkov vebinar müddətində strateji kommunikasiya anlayışı barədə məlumat verərək çoxminli auditoriya ilə ünsiyyət qurmağın yollarından danışacaq.
Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform
"SputnikPro onlayn mövsümünü 2020-ci ilin mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası şəriatində jurnalist işinin spesifikası, veb-analiz alətləri və müəllif hüquqları məsələləri müzakirə olunur, jurnalistlərə dar ixtisaslara aid mövzularda özlərini və oxucuları çaşdırmamaq üçün necə yazmalı olduqları öyrədilir, sarı mətbuata çevrilmədən xəbərlərin oxunmasına nail olmağın yolları barədə məlumat verilir.
SputnikPro – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.
Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.
SputnikPro layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:
https://www.facebook.com/SputnikProject/
Eləcə də oxuyun:
* SputnikPro KİV-lərə öz ekspertlərini yetişdirməyin yolunu göstərdi
* SputnikPro mətn və videonun məzmunca bir-birinə uyğunlaşdırılmasından danışıb
* Layihəni smartfonla başlayıb şəxsi studiyada necə başa vurmalı