RUSİYA

Şoyqu erməni həmkarına zəng etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 19-u axşam saatlarında erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıb.
Sputnik

BAKI, 20 may — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu mayın 19-u axşam saatlarında erməni həmkarı Vaqarşak Arutyunyanla telefonla danışıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Telefon danışığı zamanı tərəflər regionda və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda sülhməramlı kontingentinin tapşırıqlarını yerinə yetirmə sahələrindəki vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.