RUSİYA

Kreml pozitiv siqnal gördü – ABŞ-Rusiya əlaqələrində yeni dönəm?

"Bu qərardan asılı olmayaraq, bir daha təkrar edirəm, iş aparılırdı və dəfələrlə bildirilmişdi ki, bu layihəni ən qısa zamanda yekunlaşdırmaq niyyətindədirlər"
Sputnik

BAKI, 20 may — Sputnik. Kreml Birləşmiş Ştatların Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin "Nord Stream 2" (Şimal axını-2) şirkətinə qarşı sanksiyaların dayandırılması barədə sözlərini pozitiv siqnal olaraq qəbul edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ağ Evin mövqeyinin dəyişməsi "əlavə maneələr yaratmır".

"Bu qərardan asılı olmayaraq, bir daha təkrar edirəm, iş aparılırdı və dəfələrlə bildirilmişdi ki, bu layihəni ən qısa zamanda yekunlaşdırmaq niyyətindədirlər", - deyə Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Dövlət Departamentinin rəhbəri Entoni Blinken bəyan etmişdi ki, "Nord Stream 2 AG", onun rəhbəri və işçilərinə qarşı sanksiyaların dayandırılması Vaşinqtonun marağındadır.

Eləcə də oxuyun:
* Arktikadakı qaz ehtiyatları: Rusiya ABŞ-ı Avropadan vurub çıxarmağa hazırlaşır

* Milyardlarla avronun dəfni: Merkelin gedişi çox şeyi dəyişə bilər

* Rusiya və ABŞ Avropa bazarını bölüşdürürlər: qaz anbarlarını kim dolduracaq?

* Lavrov və Blinkenin ilk görüşü – təfərrüat