CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərliklər bu mövsüm işləyəcək? TƏBİB-dən açıqlama

Bu gün Yaqut Qarayeva həmçinin yaxın günlərdə açıq havada maska qadağasının ləğv oluna biləcəyi barədə də açıqlama verib.
Sputnik

BAKI, 20 may — Sputnik. "Çimərliklərlə bağlı qaydaları biz tənzimləmirik. Bu istiqamətdə müzakirələr gedir. Biz sadəcə həkim olaraq tibbi cəhətdən qiymət verə bilərik".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O xatırladıb ki, ötən il məlum şərtlərlə çimərliklər işləmişdi: "Həmin vaxt üçün sanitar qaydalar da hazırlanmışdı. Bu qaydalar əsasında bu il aidiyyəti strukturlar qərar verə bilərlər".

Qeyd edək ki, bu gün Yaqut Qarayeva həmçinin yaxın günlərdə açıq havada maska qadağasının ləğv oluna biləcəyi barədə də açıqlama verib.

Eləcə də oxuyun:
* Açıq havada maskadan istifadə ləğv oluna bilər - TƏBİB rəsmisi

* İspaniya məktəbliləri "çimərlik" formatında dərslərə davam edirlər - VİDEO