SƏHİYYƏ

Baş onkoloq hansı insanlarda xərçəng riskinin yüksək olduğunu açıqladı

Mütəxəssis kişilərin onkoloji xəstəliklərə qadınlardan daha çox məruz qaldıqlarını deyərək bunu güclü cinsin nümayəndələri ilə bağlı risklərin çoxluğu ilə izah edib.
Sputnik

BAKI, 20 may — Sputnik. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş ştatdankənar onkoloqu Andrey Kaprin hansı insanlarda xərçəng xəstəliyinə məruz qalma riskinin daha böyük olduğunu açıqlayıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər yayıb.

Baş onkoloq bildirib ki, piylənmədən əziyyət çəkənlər, insan papilloması virusu olan şəxslər, həmçinin 65 yaşdan yuxarı insanların və siqaret çəkənlərin xərçəng xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir. Kaprin onu da bildirib ki, onkoloji xəstəliklərə kişilər arasında daha çox rast gəlinir. Mütəxəssis bunu kişilərlə bağlı riskin çoxluğu ilə izah edib.

"65 yaşdan yuxarı insanlarda xərçəngə tutulma riski nəzərəçarpacaq dərəcədə artır. İnsan papilloması virusu olan qadın və kişilərin də xərçəngə yoluxma ehtimalı böyükdür. Siqaret və piylənmə də bu xəstəliyin yaranmasına öz təsirini göstərir ", – deyə Kaprin RİA Novosti-yə müsahibəsində bildirib.

Eləcə də oxuyun:
* 111 yaşlı kişi uzunömürlülük üçün gözlənilməz vasitənin adını açıqlayıb

* Mütəmadi olaraq qan vermək infarkt və xərçəng riskini azaldır

* Ən az zərərli alkoqollu içki məlum oldu

* ABŞ-da mentollu siqaretləri qadağan edə bilərlər