MƏDƏNİYYƏT

Xəyanət məşhur müğənniyə baha başa gəldi, canından oldu

Qapı döyüləndə arvadının gəldiyini hesab edən müğənni ona xəyanət etməsi ilə bağlı söz-söhbətdən qorxaraq eyvandan aşağı mərtəbəyə düşmək istəyib.
Sputnik

BAKI, 20 may — Sputnik. Braziliyada MC Kevin adı ilə tanınan məşhur müğənni Kevin Nascimento Buenonun ölümü ilə bitən eşq qalmaqalı gündəm olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən məlumat verir ki, ötən ay evlənən 23 yaşlı müğənni eyvandan yıxılaraq həyatını itirib. O, Rio-de-Janeyroda qaldığı hotelə dostu Viktor Fontenelle ilə birgə 26 yaşlı model Bianka Domingesi dəvət edib.

​ Qapı döyüləndə arvadının gəldiyini hesab edən müğənni ona xəyanət etməsi ilə bağlı söz-söhbətdən qorxaraq eyvandan aşağı mərtəbəyə düşmək istəyib. Müvazinətini itirən gənc beşinci mərtəbədən yıxılaraq ağır yaralanıb. O, aparıldığı xəstəxanada ölüb. Həkimlərin sözlərinə görə, müğənninin aldığı zədələrlə yanaşı, həm də ürəyi tutub. Məlum olub ki, gələn şəxs onun arvadı yox, dostu olub.

Hadisədən sonra müğənninin arvadı Deolane Bezerlə "eskort" kimi çalışan Domingesin yumruqlaşaraq dalaşdıqları, polislərin onları ayırdıqları xəbəri yayılıb.