RUSİYA

Rusiyada əmək miqrantları məhkumlarla əvəz oluna bilər

"Bunu real olaraq belə təsəvvür etmək olar. Bu, QULAQ olmayacaq, burada tamamilə layiqli şəraitdən söhbət gedir. Belə ki, həmin şəxslər ya mənzil kirayələyəcək, ya yataqxanada yaşayacaqlar, ya da işəgötürən onun ailəsi ilə birgə yaşaması üçün şərait yaradacaq".
Sputnik

 

BAKI, 20 may — Sputnik. Rusiyada əmək miqrantlarının əvəzinə işlərə məhkumların aktiv şəkildə cəlb olunması təklif olunur. Sputnik Azərbaycan Özbəkistan mediasına istinadən xəbər verir ki, belə bir təşəbbüslə Rusiya Federal cəzaların icrası xidməti çıxış edib.

Qurumun rəhbəri Aleksandr Kalaşnikov isə deyib ki, bu məsələ ölkənin bütün regionlarında qaldırılmalıdır.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Mərkəzi Asiya ölkələri liderləri ilə görüşündə də vacib məsələni – Rusiyanın işçi qüvvəsinin çatışmadığı obyektlərə miqrant axınını müzakirə edib.

"Bunu real olaraq belə təsəvvür etmək olar. Bu, QULAQ olmayacaq, burada tamamilə layiqli şəraitdən söhbət gedir. Belə ki, həmin şəxslər ya mənzil kirayələyəcək, ya yataqxanada yaşayacaq, ya da işəgötürən onun ailəsi ilə birgə yaşaması üçün şərait yaradacaq", - deyə xidmət rəhbəri bildirib.

Hazırda Rusiyada 483 min nəfər məhkum var ki, onların da 188 min nəfəri cəzasının icbari işlərlə əvəz edilməsinə dair müraciət etmək hüququna malikdir. Bundan əlavə, Rusiyada qeyri-leqal əmək miqrantları məsələsi də var. Son məlumatlara görə, onların sayı 500 min nəfərdən çoxdur.

Eləcə də oxuyun:
* Rusiya Azərbaycana çağırış etdi - 120 min vətəndaşınızı qaytarmasanız...

* Rusiyada yaşayan həmyerlilərimiz də güzəştlərdən yararlana biləcəklər

* Avropada itkin düşmüş miqrant uşaqların sayı açıqlanıb

* Miqrantlar İspaniya sahillərində - FOTOLAR