SƏHİYYƏ

Açıq havada maskadan istifadə ləğv oluna bilər - TƏBİB rəsmisi

"Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsə rəsmi məlumatları gözləməyi tövsiyə edirəm".
Sputnik

BAKI, 20 may — Sputnik. Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır: "Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsə rəsmi məlumatları gözləməyi tövsiyə edirəm".

Həmçinin oxuyun:

Şagirdlər üçün maska taxmaq məcburidir? - Nazirlikdən rəsmi mövqe