BAKI, 19 may - Sputnik. Onkoloji xəstəliklə 3 illik mübarizədən sonra "Büratinonun macəraları" sovet filmində Malvina rolunu oynamış Tatyana Prosenko vəfat edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə RİA Novosti-yə mərhumun həyat yoldaşı, jurnalist Aleksey Voytyuk məlumat verib.
"Bu gün səhər saat 10.30-da Tanya xəstəxanın reanimasıya şöbəsində vəfat etdi. 3 il xəstəliklə mübarizə apardı. Təəssüf”, - deyə həyat yoldaşı yazıb.
Tatyana Prosenko 8 aprel 1968-ci ildə anadan olub. O, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq bölməsini bitirib, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü olub.
Tatyana kinoya təsadüfən gəlib. "Buratino" filminin rejissor assistenti onu təsadüfən qatarda kəşf edib və sınaq çəkilişlərinə dəvət edib. 1976-cı ildə ekrana çıxan "Buratino" filmində Prosenko yeganə uşaq olub ki, onun rolunu aktyorlar səsləndirməyib.
Bu filmdə Malvina obrazını böyük uğurla yaratmasına baxmayaraq, Prosenko bir daha heç vaxt kinoya çəkilməyib.