MƏDƏNİYYƏT

Ötən əsrin məşhur modeli ana olub

Naomi Kempbell modellik karyerasına 15 yaşında başlayıb, dəfələrlə dünyanın ən cazibədar qadınları siyahısına daxil olub.
Sputnik

BAKI, 19 may — Sputnik. Məşhur model və aktrisa Naomi Kempbell 50 yaşında ana olub. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı model özünün "Instagram" səhifəsində paylaşım edib.

Model paylaşdığı fotoda övladının ayaqlarını əllərinin içərisində saxlayır.

Qeyd edək ki, Naomi Kempbell modellik karyerasına 15 yaşında başlayıb, dəfələrlə dünyanın ən cazibədar qadınları siyahısına daxil olub. Kempbell modelliklə yanaşı, "The Chiffy", "Kids Fat Slags", "The Call", "I Feel Pretty", "Fastlane" və s. filmlərdə rol alıb.