Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginlik barədə

XİN başçısı bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Sputnik

BAKI, 19 may - Sputnik. Xarici işlər naziri Ceyhun Bayramov son günlər Azərbaycan-Ermənistan dövlətsərhədində baş verən gərginliyə münasibət bildirib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, ABŞ-ın "Xəzər Siyasət Mərkəzi"nin nümayəndə heyəti ilə görüşdə nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini bildirib.

O, bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib.

XİN başçısı bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb.

Həmçinin oxuyun: 

Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində vəziyyəti yaxından izləyirik

Niyə Paşinyana Azərbaycanla sərhəddə gərginlik sərf edir - Rəy

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

Ceyhun Bayramov amerikalı diplomatla sərhəddəki gərginliyi müzakirə edib