Laçında artıq işıqlar yanacaq, ermənilərin pisliyi özlərinə qaldı

Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.
Sputnik

BAKI, 19 may — Sputnik. Laçın rayonunda "Güləbird" kiçik su elektrik stansiyası istifadəyə verilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru vəzifələrini icra edən Təbriz Ammayev deyib.

Onun sözlərinə görə, stansiyadakı təmir-bərpa işləri başa çatıb: "Erməni işğalçıları Kəlbəcər, Laçın və digər rayonlarda kiçik su elektrik stansiyalarını dağıdıb. Elektrik enerjisinə tələbdən asılı olaraq bu stansiyalar bərpa olunacaq və beynəlxalq ekoloji normalara uyğun olaraq istifadəyə veriləcək".

T.Ammayev əlavə edib ki, Tərtər rayonunun azad edilmiş Suqovuşan kəndində yerləşən "Suqovuşan-1" və "Suqovuşan-2" su elektrik stansiyaları da yaxın zamanlarda bərpa olunacaq və istifadəyə veriləcək.