HADİSƏ

İtkin düşən tələbə tapılıb

İlkin Hüseynovun polis əməkdaşları tərəfindən Bakıda parkların birində tapıldığı və aidiyyəti üzrə əvvəlcə Şabran rayon Polis Şöbəsinə təhvil verildiyi qeyd olunur.
Sputnik

BAKI, 18 may — Sputnik. Azərbaycan Texniki Universitetinin Energetika və avtomatika fakültəsinin bir neçə gün öncə itkin düşmüş 3-cü kurs tələbəsi tapılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, 8 gün əvvəl itkin düşən rayon sakini Hüseynov İlkin Saleh oğlu Bakı şəhəri ərazisində tapılaraq ailəsinə təhvil verilib.

İlkin Hüseynovun polis əməkdaşları tərəfindən Bakıda parkların birində tapıldığı və aidiyyəti üzrə əvvəlcə Şabran rayon Polis Şöbəsinə və daha sonra ailəsinə təhvil verildiyi qeyd olunur.