“Avropada islamofobiyanın sürətlə yayılması qitədə yaşayan milyonlarla müsəlmanın təhlükəsizliyinə ciddi təhdidlər yaradır”. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Quran-i Kərim oxumağa həsr olunmuş müsabiqə iştirakçıları qarşısında çıxış edərkən bildirib.
Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, islamafobiya son illər Avropada geniş yayılmış bir tendensiyadır: “Bunun arxasında müəyyən iqtisadi, siyasi və dini motivlər dayanır. Bir çox hallarda müsəlmanları radikal dindarlarla səhv salırlar. Amma eyni zamanda qeyd etməliyik ki, əgər bir dinin nümayəndələri radikallığa yol verirsə, bunun müəyyən səbəbləri var. Bir mənalı şəkildə demək olmaz ki, başqa dinlərdə radikallar yoxdur. Avropada ya bunu dərk etmirlər, ya da belə bir münasibət nümayiş etdirirlər ki, müsəlmanların sayı azalsın. Müsəlmanların Avropada məskunlaşması avropalıların özlərindən də asılıdır. Ona görə bu səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır”.
Fikrət Sadıxovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz