Bu il ABŞ-ın Florida şəhərində baş tutan "Kainat gözəli 2021" müsabiqəsi koronavirus pandemiyası səbəbindən təhlükəsizlik tədbirlərinə əməl olunmaqla keçirilib. Müsabiqədə "Kainat gözəli" tituluna Meksika təmsilçisi Andrea Meza layiq görülüb.
Braziliyadan olan daha bir gözəl xanım ondan bir qədər az səs toplayaraq "birinci vitse-kainat gözəli" seçilib. Hindistanı təmsil edən xanım isə "ikinci vitse-kainat gözəli" adına layiq görülüb.
Yeni kainat gözəlinə tacını 2019-cu ilin qalibi, həmin vaxt müsabiqədə Cənubi Afrika Respublikasını təmsil edən Zozibini Tunzi təqdim edib.
Bu, Meksika təmsilçilərinin dünyanın ən gözəl xanımı seçilməsi ilə bağlı yeganə hadisə deyil. Bundan əvvəl də Andrea Mezanın həmyerliləri 1991 və 2010-cu illərdə kainatın ən gözəl xanımları seçilərək mükafata layiq görülüblər.