MƏDƏNİYYƏT

Cem Yılmazın pərəstişkarlarına müjdə

"15 il əvvəl hazırladığımız bu film üçün çox gözəl mesajlar aldım. Hamıya təşəkkür edirəm. Bu, mənim hekayəmdir. 2022-ci ildə daha bir İsgəndər hekayəsi yaradacağam".
Sputnik

BAKI, 18 may — Sputnik. Türkiyəli məşhur aktyor Cem Yılmaz 2006-cı ildə yayımlanan "Hokkabaz" filminin davamının çəkiləcəyini açıqlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Twitter" hesabından bu baradə paylaşım edən aktyor izləyicilərinə müjdə verib: "15 il əvvəl hazırladığımız bu film üçün çox gözəl mesajlar aldım. Hamıya təşəkkür edirəm. Bu, mənim hekayəmdir. 2022-ci ildə daha bir İsgəndər hekayəsi yaradacağam".

Yılmazın "İsgəndər" obrazını canlandırdığı "Hokkabaz" filmində Mazhar Alanson, Özlem Tekin, Tuna Orhan, Tuncer Salman kimi məşhurlar yer alıblar.

Həmçinin oxuyun:

Cem Yılmazın çəkdiyi serial "Netflix"də yayımlanacaq

Koronavirus Cem Yılmazın filmlərinin məşhur xarakterinin həyatına son qoyub