MƏDƏNİYYƏT

Bu gün Azərbaycan təmsilçisi "Avroviziya"nın birinci yarımfinalında çıxış edəcək

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.
Sputnik

BAKI, 18 may — Sputnik. Bu gün ölkəmizi "Avroviziya-2021" mahnı müsabiqəsində təmsil edən Samirə Efendi birinci yarımfinal mərhələsində çıxış edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı "Mata Hari" mahnısı ilə səhnəyə 14-cü çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Qeyd edək ki, Niderland Krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması isə mayın 22-nə təyin olunub.