BAKI, 18 may — Sputnik. Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Aİ-nin komissarı öz "Twitter" səhifəsində yazıb.
"Aİ-Azərbaycan əlaqələrini, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadiyyatın bərpası və TAP boru kəmərinin potensialı müzakirə olunub", - deyə Aİ komissarı yazıb.