BAKI, 18 may — Sputnik. Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, Yerevan şəhərinin sabiq meri Qaqik Beqlaryan həbs olunub. Sputnik Ermənistan xəbər verir ki, Beqlaryan Yerevan hava limanında saxlanılıb.
Qeyd olunur ki, sabiq məmur Yerevana ötən gün Moskvadan gəlib. Onu hava limanında hüquq mühafizə orqanlarının əməkdaşları qarşılayıblar.
Xatırladaq ki, Beqlaryan ötən ilin mart ayından Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə axtarışa verilib. O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, vəzifəsindən sui-istifadədə və digər cinayətlərdə ittiham olunur.
Beqlaryan 2009-2010-cu illərdə Yerevanın meri, 2012-2016-cı illərdə isə Ermənistanın nəqliyyat və rabitə naziri olub.