BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.
Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".
"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.
Eləcə də oxuyun:
* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var
* Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər
* İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?