FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

"Avroviziya-2021" iştirakçılarının cəsarətli obrazları

Sputnik

 

"Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsinin açılış mərasimi mayın 16-da Rotterdamdakı kruiz terminalında baş tutdu. Müsabiqə iştirakçıları təntənəli şəkildə bu il firuzəyi rəngdə olan xalının üstündən keçdilər.

Ancaq bu heç də bütün iştirakçılara nəsib olmadı: açılış mərasimində Malta, Polşa, İslandiya və Rumıniyanın nümayəndələri iştirak etmirdi. Məsələ burasındadır ki, ötən gün adıçəkilən ölkələrin komanda üzvlərinin bir neçəsinin COVID-19 testi müsbət çıxıb. Buna görə də, həmin komandalar müsabiqədə distant şəkildə iştirak edəcəklər.

Azərbaycanı isə "Avroviziya"da müğənni Samira Efendi "Mata Hari" mahnısı ilə təmsil edəcək.

Samira müsabiqənin Nive-Maas çayının sahilində keçirilən rəsmi açılış mərasimində məşhur dizayner Rüfət İsmayılın tikdiyi libasada görünüb. Onun saç düzümünü və makiyajını isə "Əvvəl və sonra" layihəsi ilə məşhurlaşan stilist Anar Ağakişiyev edib.

1 / 15
Müğənni Samira Efendi (Azərbaycan) Rotterdam kruiz terminalında keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
2 / 15
Müğənni Stefaniya (Yunanıstan) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
3 / 15
Kiprdən olan müğənni Yelena Tsaqrinu Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
4 / 15
Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
5 / 15
Norveç təmsilçisi "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
6 / 15
Müğənni Samanta Tina (Latviya) Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
7 / 15
Çexiya təmsilçisi, müğənni Benni Kristo "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
8 / 15
Müğənni Manija (Rusiya) öz komandası ilə birlikdə Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
9 / 15
"Hurricane" (Serbiya) qrupunun üzvləri Rotterdamdakı kruiz terminalında keçirilən "Avroviziya-2021" 65-ci mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
10 / 15
Müğənni Eden Alene (İsrail) "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
11 / 15
Almaniyadan olan sənətçi, musiqiçi, mahnı müəllifi Yendrik Sivart "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
12 / 15
San-Marino təmsilçisi müğənni Senit Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.
13 / 15
"Avroviziya-2021"-in açılış mərasiminin aparıcısı, aktrisa Fenna Ramos.
14 / 15
Moldova təmsilçisi Natalya Qordiyenko ustadı Filipp Kirkorovla birlikdə.
15 / 15
Müğənni Anjela Peristeri (Albaniya) Rotterdamda keçirilən "Avroviziya-2021" mahnı müsabiqəsinin açılış mərasimindən əvvəl firuzəyi xalıda.