Şizofreniyadan əziyyət çəkənlərə əlillik necə verilir?

Forma 88 nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır.
Sputnik

BAKI, 16 may — Sputnik. Dövlət Sosial Müdafiə Fonduna ünvanlanan suallardan biri şizofreniya xəstələri barədədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı nazirliyin rəsmi "Facebook" səhifəsində ünvanlanan suallara cavab olaraq bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün vətəndaş ərazi üzrə səhiyyə müəssisəsinə müraciət etməlidir:

"Vətəndaşın müayinə və müalicə məlumatları əsasında Forma 88 tərtib olunur. Forma 88 nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır".