İsrail HƏMAS üzvlərinin evlərinə zərbələr endirdi

Zərbələr endirilən hədəflər sırasında HƏMAS təşkilatının siyasi bürosunun sədri Yəhya Sinvar və onun qardaşı Məhəmməd Sinvarın da evləri var.
Sputnik

BAKI, 16 may — Sputnik. İsrail aviasiyası ötən gecə HƏMAS təşkilatının yüksəkvəzifəli şəxslərinin evləri də daxil olmaqla Qəzza sektorunda 90-dan çox hədəfə zərbələr endirib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu yayıb.

"Zərbələr endirilən hədəflər sırasında HƏMAS təşkilatının siyasi bürosunun sədri Yəhya Sinvar və onun qardaşı Məhəmməd Sinvarın da evləri var", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Məhəmməd Sinvar təşkilatın Xan Yunisdə təchizat işlərinə nəzarət edib.

Xatırladaq ki, Qəzza sektorunda İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur. Eskalasiyanın başladığı ilk üç gün ərzində İsrail ərazisinə Qəzza zolağından 1600-dən çox raket atılıb. Bunlardan 400-ü anklavın içinə düşüb. 

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və “İslami cihad” qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib. Ölənlərin sayı onlarla, yaralıların sayı yüzlərlə ölçülür.

Eləcə də oxuyun: 

Xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıblar

Misirin sülhyaratma cəhdləri boşa çıxdı - İsraildən rədd cavabı gəldi

İsrail ərazisi indi də Livandan raket atəşinə tutulur