RUSİYA

"Dövlət Duması" bərpa olunub

Rusiya prezidenti işlər idarəsinin mətbuat katibi Yelena Krılova mayın 15-də həmin hərflərin güclü küləyin təsiri nəticəsində düşdüyünü bildirib.
Sputnik

BAKI, 16 may — Sputnik. Rusiya Dövlət Dumasının (Duma) Moskvanın Oxotnı ryad küçəsindəki binasının fəsadındakı "Duma" sözünün qopmuş "A" hərfi və "Qosudarstvennaya" sözünün düşmüş sonluğu artıq yerinə qaytarılıb. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən bildirir ki, beləliklə də "Dövlət Duması" yazısı tamamilə bərpa olunub.

Xatırladaq ki, Rusiya prezidenti işlər idarəsinin mətbuat katibi Yelena Krılova mayın 15-də həmin hərflərin güclü küləyin təsiri nəticəsində düşdüyünü bildirib.