İslam ölkələrinin fövqəladə iclası çağırılıb

İclas təşkilata üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində baş tutacaq, İsrail və Fələstin arasındakı gərginlik müzakirə ediləcək.
Sputnik

BAKI, 15 may - Sputnik. Türkiyənin istəyi əsasında 16 may tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclası keçiriləcək.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Bəyanatda bildirilir ki, iclas təşkilata üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində baş tutacaq. İclasda İsrail və Fələstin arasındakı gərginlik müzakirə ediləcək.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıb.

İsrail ordusu öz növbəsində Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.

 

 

Read more: https://sputnik.az/world/20210515/426960763/srail-beynlxalq-media-qurumlarnn-yerldiyi-binan-bombalayb.html