BAKI, 15 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1318 nəfər müalicə olunaraq sağalıb, 377 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 329 min 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 min 778 nəfər müalicə olunaraq sağalıb, 4768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 825 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 375 min 679 test aparılıb. Bugünkü test sayı isə 7285-dir.