ABŞ Dövlət Departamenti hərəkətə keçdi

Hadi Əmr bu gün Qüdsdə İsrail rəhbərliyi ilə görüşəcək və daha sonra Fələstin rəsmiləri ilə danışıqlar üçün İordan çayının Qərb sahilinə səfər edəcək.
Sputnik

BAKI, 15 may - Sputnik. ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisi İsrail və Fələstin rəsmiləri ilə görüşəcək.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Calina Portr deyib.

O bildirib ki,ABŞ-ın İsrail-Fələstin məsələləri üzrə elçisi Hadi Əmr bu gün Qüdsdə İsrail rəhbərliyi ilə görüşəcək və daha sonra Fələstin rəsmiləri ilə danışıqlar üçün İordan çayının Qərb sahilinə səfər edəcək.

Dövlət Departamentinin sözçüsünün müavini qeyd edib ki, ABŞ elçisi davamlı sabitliyin və tərəflər arasında gərginliyin aradan qaldırılmasını təşviq etmək məqsədilə regiona səfər edib.

Xatırladaq ki, Qəzza zolağındakı fələstinli müqavimət qrupları İsrail polisinin işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cerrah məhəlləsindən çıxması üçün 10 may yerli vaxtla 18:00-a qədər müddət verib.

İsrail polisinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsindən çıxmamasına görə fələstinli müqavimət qrupları İsrailə çoxlu sayda raket atıblar.

Bunun qarşısında İsrail ordusu Qəzza zolağında hərbi əməliyyat başladıldığını elan edib.