İlon Mask bu həftə itirə-itirə gedir

Bir neçə gün öncə Tesla-nın rəhbəri şirkətin elektromobilləri bitkoin qarşılığında satmağa son verəcəyini deyib.
Sputnik

BAKI, 14 may - Sputnik. “Tesla Motors” şirkətinin baş direktoru İlon Maskın var-dövləti həftənin əvvəlindən 20 mlrd. ABŞ dollarından çox məbləğdə azalıb.

RİA Novosti bildirir ki, bu barədə “Forbes” jurnalı yazıb.

Məlumata görə, Maskın sərvəti bu həftə 20,5 mlrd. dollar azalaraq 145,5 mlrd. dollara düşüb. Tesla-nın səhmləri isə həftənin əvvəlindən 15% azalıb. Buna baxmayaraq, Tesla-nın rəhbəri “Forbes”un dünyanın ən zəngin insanları siyahısında hələ də üçüncü yerdədir.

Bir neçə gün öncə Tesla-nın başçısı sosial şəbəkədə şirkətin elektromobilləri bitkoin qarşılığında satmağa son verəcəyini açıqlayıb. Maskın sözlərinə görə, şirkət kömürün bitkoinin mayninqi üçün istifadəsinin sürətlə artmasından narahatdır.

Bu fonda bitkoin apreldəki tarixi maksimumuna nisbətən 29% dəyərdən düşüb. Mskın özü isə bir gündə 4 milyard dollar itirib. 

Həmçinin oxuyun:

İlon Mask ABŞ-da ən yüksək əməkhaqqı alan baş direktor olub

NASA İlon Maskın Ay modulu müqaviləsini dayandırıb