FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Ramazan bayramı müxtəlif ölkələrdə - FOTOLENT

Sputnik

Bu günlərdə dünya müsəlmanları Ramazan bayramını qeyd edirlər.

Koronavirus pandemiyasına görə hazırda dünyanın bir çox ölkəsində məscidlər bağlıdır və həmin dpvlətlərdə bayram namazı məscidlərdə deyil, evlərdə qılınıb. Lakin belə qadağaların olmadığı ölkələr də var.

İslama görə Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və qonaq olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

Ramazan ayı aprelin 14-də başlamışdı.

1 / 16
İraqda Ramazan bayramı
2 / 16
İndoneziyada Ramazan bayramı namazı
3 / 16
Qüdsdə Ramazan bayramı
4 / 16
Pekində Ramazan bayramı
5 / 16
Sidneydə Ramazan bayramı
6 / 16
İndoneziyada Ramazan bayramı
7 / 16
Rusiyada Ramazan bayramı
8 / 16
Kabildə Ramazan bayramı
9 / 16
Pakistanda Ramazan bayramı
10 / 16
İraqda Ramazan bayramı namazı
11 / 16
İndoneziyada Ramazan bayramı
12 / 16
Malidə Ramazan bayramı
13 / 16
Dubayda Ramazan bayramında dua edənlər
14 / 16
Malayziyada Ramazan bayramı
15 / 16
Yəməndə Ramazan bayramı namazı
16 / 16
İngiltərədə Ramazan bayramı