VİDEO

Çiçəkli meyvə bağlarında tovuz quşları və flaminqolar gəzir - Bakıda istirahət edin

Bakının Zirə kəndində yerləşən ekoloji park paytaxt sakinlərinin getdikcə daha çox diqqətini çəkir. İstirahət günləri ailələr buraya toplaşır. Ətraflı məlumat videomuzda.
Sputnik

 

Zirə kəndindəki eko-parkda 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən 10 hektardan çox ərazi xüsusi landşaft dizaynı ilə hazırlanıb.

Bakı sakinləri və qonaqları burada piknik təşkil edirlər və bunun üçün park rəhbərliyi barbekü qurğularını və ehtiyac duyulan digər ləvazimatı müəyyən bir pulla verir. Uşaqlar meydançada oynayır, böyüklər çəmənlikdə dincəlirlər.

Eko-parkın əsas xüsusiyyəti 150-dən çox ekzotik quşun olmasıdır. Burada flaminqoların və tovuz quşuların on növü var.

Parkda mədəniyyət mərkəzi və kiçik xalça muzeyi, kinoteatr və orxideya evi tikilsə də, təəssüf ki, karantin rejimi səbəbindən bu binalar müvəqqəti olaraq bağlıdır.