VİDEO

Azərbaycanda hər kəsi yolundan edən gözəllik - VİDEO

Ağstafa rayonunun Soyuqbulaq kəndinin ərazisində yerləşən bu gözəlliyi Sputnik Azərbaycan-ın videosunda izləyə bilərsiz.
Sputnik

Elə bir insan tapılmaz ki, lalələrə qarşı biganə olsun. Bu gülün sehri, demək olar, hər kəsi valeh edir. İnanca görə, lalələr döyüşlər, müharibələr çox olan, insan qanı axıdılan yerlərdə daha çox bitir. Ağstafa rayonunun Ceyrançöl ərazisi də qədim insan məskənlərindən olub.

Böyük İpək yolu buradan keçib. Bu gözəl ərazilərə sahiblənmək üçün çox qanlar tökülüb. Bəlkə də o səbəbdəndir ki, yazın əvvəlində Ceyrançöldə lalələrin yaratdığı gözəllik daha cəlbedici olur.

Xırda təpəliklərin üzərinə sanki qırmızı xalı döşənir. Ağstafa-Poylu-Gürcüstan yolundan görünən bu ərazini görənlərdən heç kəs biganə keçmir. Demək olar, hər avtomobil dayanır, adamlar burada şəkil çəkdirir, lalələr toplayır, ruhlarını dincəldib sonra yollarına davam edirlər.