SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Sputnik

BAKI, 13 may - Sputnik. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat verib.

Qazaxıstan Prezidenti Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, əmin-amanlıq arzularını çatdırıb.

Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində, Kasım-Jomart Tokayevi və Qazaxıstan xalqını Ramazan bayramı münasibətilə təbrik edərək firavanlıq arzulayıb.

Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında uğurla inkişaf edən dostluq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı Türk Şurası çərçivəsində də ölkələrimizin uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

Eləcə də oxuyun: 

Sergey Lavrov: Rusiyada Azərbaycan günləri keçiriləcək

Əliyevlə Putin telefonla danışıblar

* Blinken İlham Əliyevə zəng edib: "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş dayandırıldı