CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri başqası ilə əvəz olunacaq - İddia

Cari ilin aprel ayında Muradov jurnalistlərin Bakıdan qayıdan təyyarənin göyərtəsində nə üçün hərbi əsirlərin olmadığı barədə sualı cavablandırarkən Ermənistan hakimiyyətinin öz xalqını çaşqınlığa saldığını deyib.
Sputnik

BAKI, 13 may — Sputnik. Azərbaycanın Qarabağ bölgəsində xidmət aparan Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılacaq. Sputnik Azərbaycan Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Muradovun yerinə Rusiya Cənub hərbi dairəsi komandanının müavini, general-leytenant Aleksey Avdeyev təyin olunacaq.

Məlumatlara görə, yeni təyin olunacaq general yaxın günlərdə Xankəndi şəhərinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri ilə məşğul olacaq.

Azərbaycandan Ermənistana uçan təyyarə kimləri aparıb?

Bir müddət əvvəl erməni mənbələri Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın Rusiya hakim dairələrinə məktub yazaraq Muradovun fəaliyyətini mənfi qiymətləndirdiyi və onun komandan kimi səlahiyyətlərinin uzadılmamasını xahiş etdiyi barədə xəbər verilib. Lakin həmin xəbər təkzib olunub. Qanunvericiliyə görə, sülhməramlı kontingentinin komandanı yerdəyişmə qaydasında hər 6 ayda bir dəfə dəyişilir. Lakin tərəflərdən heç birinin etirazı yoxdursa, onun səlahiyyətləri uzadıla da bilər.

Məlumatda o da deyilir ki, cari ilin aprel ayında Muradov jurnalistlərin Bakıdan qayıdan təyyarənin göyərtəsində nə üçün hərbi əsirlərin olmadığı barədə sualı cavablandırarkən Ermənistan hakimiyyətinin öz xalqını çaşqınlığa saldığını deyib. Bu cür "xoşagəlməz" sözlərdən sonra da Ermənistan rəhbərliyi Muradovun başqası ilə dəyişdirilməsi üçün əlindən gələni edib.

Eləcə də oxuyun: 

Azərbaycan Ordusunda geniş miqyaslı təlimlər keçiriləcək

"Biz Azərbaycan tərəfinə Rusiya sülhməramlılarına verdikləri dəstəyə görə minnətdarıq"

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.