MƏDƏNİYYƏT

Dünyaca məşhur festivalın vaxtı niyə dəyişdirildi?

Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər. Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.
Sputnik

BAKI, 13 may — Sputnik. Bu il iyulun əvvəlində Çexiyada keçirilməsi planlaşdırılan 56-cı Karlovı Varı Beynəlxalq Film Festivalının vaxtı dəyişdirilib.

Sputnik Azərbaycan "Reuters" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə vaksinasiya prosesinin əhəmiyyətli dərəcədə irəliləməməsi olub.

Təşkilatçılar kinofestivalın 20-28 avqust tarixlərində keçiriləcəyini qeyd ediblər. Xatırladaq ki, Karlovı Varı Beynəlxalq Film Festivalı ötən il onlayn formada keçirilmişdi.