AVRO-2020 şəhərləri. Sevilya

2021-ci ilin yayında futbol üzrə Avropa çempionatının oyunlarını qəbul edəcək Andalusiyanın paytaxtı üzrə səyahət bələdçisi
Sputnik

İspan məsəlində deyilir: “Sevilyanı görməyən möcüzə görməyib”. Möhtəşəm memarlıq, qızmar günəş, əla mətbəx, ehtiraslı flamenko və əbədi karnacal atmosferi bütün dünyanın turistlərini bura cəl edir. İyunda şəhər AVRO-2020-nin bir neçə oyununu qəbul edəcək.

Necə getmək olar

Sevilya hava limanı şəhərin tarixi mərkəzindən cəmi 10 kilometr məsafədə yerləşir, limanadək avtobusla getmək olar – stansiya hava limanının əsas bunasının düz qarşısındadır. Gedişhaqqı 4 avrodur, bileti sürücdən almaq olar. Taksidə şəhərə gediş vaxta az qənaət edəcək, lakin xeyli baha başa gələcək.

AVRO-2020 şəhərləri. Sevilya

İspaniyanın gözəlliklərini sadəcə hündürlükdən görmək istəməyənlər üçün əla variant var – sürət qatarı. Dəmir yolu ilə Madridə 2,5-3 saata çatmaq və bununla da xeyli məbləğə qənaət etmək olar. Paytaxt ekspreslərinin gəldiyi Santa-Xusta vağzalı Avropa çempionatının oyunlarının keçiriləcəyi stadiondan 5 kilometrdən də az məsafədə yerləşir.

Harada yerləşmək olar

Sevilyada istənilən zövqə və pula uyğun yerləşmək imkanları çoxdur. Burada qiymətlərin 10-15 avrodan başladığı ucuz hostellər, 40-50 avroya qonaq ola biləcəyiniz orta səviyyəli apartamentlər və əlbəttə ki, gecəsi 100 avrodan başlayan lüks otellər də var.

AVRO-2020 şəhərləri. Sevilya

Turistlər arasında daha populyar olan şəhərin mərkəzi rayonudur. Burada ucuz yaşayış yeri tapmaq olar və bu yaşayış yeri Sevilyanın əsas görməli yerlərindən bir neçə dəqiqəlik piyada məsafəsində olacaq. Əgər siz qalmaq xərclərində maksimum qənaət etmək istəyirsinizsə, kanalın əks sahilində yerləşən Triana rayonuna baxın – qiymətlər xeyli aşağı olacaq. Düzdür, təcrübəli turistlər xəbərdarlıq edirlər ki, bu halda səs-küylü qonşulara hazır olmaq lazımdır.

Nələri görmək lazımdır

Sevilyanın əsas görməli yeri Kafedral sobor sayılır. Bura dünyanın böyüklüyünə görə üçüncü xristian və ən böyük qotik sobordur. Onun yanında yaşı 800 ildən çox olan Xiralda zəng qülləsi ucalır. Xiraldanın baxış meydançasından şəhərə möhtəşəm mənzərə açılır.

AVRO-2020 şəhərləri. Sevilya

Sobordan bir məhəllə o tərəfdə yerləşən Alkasar saray-qalası da köhnə memarlığın gözəl nümunəsi sayılır. 700 il ərzində Alkasar ispan krallarının sarayı olub, onun yuxarı mərtəbələri isə hələ də kral ailəsinin Sevilyadakı rəsmi iqamətgahıdır. Memarlıq üslublarının maraqlı qarışığı və ətirli bağçalar yalnız turistləri deyil, “kinoçəkənləri” də özünə cəlb edir – Alkasar “Taxt-tac oyunları” serialında Dorn hökmdarlarının sarayı olaraq çəkilib.

Daha bir məşhur yer İspaniya meydanıdır. Burada “Ulduz müharibələri. II epizod: Klonların hücumu” filiminin bir hissəsi çəkilib. Meydanın memarlıq ansamblına bir neçə qülləli uzun yarımdairəvi qalereya, qayıq və ya katamaranla gəzə biləcəyiniz kanal və böyük fəvvarə daxildir. Qərb tərəfdən meydan əsrarəngiz parkla əhatələnib. Bu parkın kölgəsində özünüzü Tolkienin əsərlərindəki elf meşələrindəki kimi hiss edə bilərsiniz.

AVRO-2020 şəhərləri. Sevilya

Ümumilikdə, Sevilyanın bütün tarixi rayonunu bir böyük görməli yer adlandırmaq olar. Məşhur Andalusiya memarlığı, qədim dar küçələrin girinti-çıxıntıları tarixin nəfəsini hiss etməyə imkan verir.

Nəyin dadına baxmaq olar

Sevilya tapasın vətənidir, ona görə də burda çoxlu sayda yemək növünün dadına baxmaq olar. Soyuq və isti, balıq və ət, istiotlu və şirin – seçim müxtəlifliyi heç bir qurmanı laqeyd qoymayacaq. Tapasın dadına hər tində baxmaq olar və belə kafelər ciddi restoranlardan fərqli olaraq bütün günü işləyirlər.

Qaspaço Andalusiyanın ənənəvi tərəvəz yeməyidir. Klassik qaspaço pomidordan hazırlanır, lakin müxtəlif inqrediyentlərin qarışdırılması sayəsində aşpazlar yeməyin rənginin dəyişdiirilməsinə nail olurlar – sizə ağ, sarı və ya yaşıl qaspaço təklif edə bilərlər. Yemək soyuq halda verilir, bu isə qızmar İspaniya cənubu şəraitində az əhəmiyyətli məsələ deyil.

AVRO-2020 şəhərləri. Sevilya

Sevilya daha nə ilə məşhurdur? Əlbəttə, korrida ilə. Öküz mövzusu yerli özəl yemək olan cola del toro-da öz əksini tapıb. Bu yemək özündə qırmızı şərabda hazırlanmış öküz quyruğunu ehtiva edir və delikates sayıldığı üçün çox bahadır. Qastronomik eksperiment həvəskarları cola del toro-nun dadına baxdıqdan sonra ətin çox yumşaq olduğunu və xoşagəlməz dad və iylərin tamamilə olmadığını qeyd edirlər.

Daha ənənəvi ət yeməklərinin həvəskarlarına yerli aşpazlar menyuda carrillada de cerdo adı altında keçən məşhur donuz yanaqlarını təklif edirlər. Bu yeməyin yanında dünyada ən yaxşılardan sayılan yerli qırmızı turş çaxır verilir.

Yerli mətbəxin əhəmiyyətli hissəsini dəniz məhsulları və çay balığı təşkil edir. Xanı balığı və treskanın hazırlanma üsulu çoxdur – onları pomidorla, bibərlə verirlər, yağda qızardırlar, duza qoyurlar və s. Ona görə də hər zövqə uyğun variant tapa bilərsiniz.

AVRO-2020 şəhərləri. Sevilya

Şirniyyat sevənlər yəqin ki, Şərq mədəniyyətinin təsirinə məruz qalmış yerli desertləri qiymətləndirərlər. Onları hazırlamaq üçün burada baldan, şərabdan, mürəbbədən, meyvələrdən, şokoladdan və müxtəlif ədviyyatlardan istifadə olunur. Kafedə təzə meyvəli dondurmanın və ya meyvəli-qozlu qarışığın dadına baxmaq olar.

Futbol

Sevilya AVRO-2020-nin oyunlarının təşkilatçıları sırasına UEFA Icraiyyə komitəsinin aprelin 23-də keçirilmiş iclasından sonra düşüb. Beləliklə, şəhərin komandaların və azarkeşlərin qəbuluna hazırlaşmaq üçün cəmi ay yarım vaxtı var. E qrupunun üç oyunu və 1/8 final görüşü “Estadio La Kartuxa” adlı stadionda keçiriləcək. Stadion 60 min azarkeş tutur, lakin hazırda Andalusiya hökuməti onun 30%-də azarkeş olmasına icazə verir.

AVRO-2020 şəhərləri. Sevilya

Sevilya İspaniya La Liqasında iki klubla təmsil olunur – “Sevilya” və “Betis”. Maraqlıdır ki, bu klublardan heç biri AVRO-2020-nin oyunlarının keçiriləcəyi stadionda oynamır.