CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ Azərbaycan-Ermənistan sərhədindəki olaylara münasibət bildirdi

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik".
Sputnik

BAKI, 13 may Sputnik. ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays özünün Twitter hesabında yazıb.

​“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, - Prays qeyd edib.

Qeyd edək ki, bu gün məsələ ilə bağlı Rusiya XİN rəhbəri Sergey Lavrov və ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıblar.

Azərbaycan XİN isə situasiya ilə bağlı açıqlama yayaraq Ermənistan tərəfini panika yaratmamağa, reallığa alışmağa dəvət edib. 

Eləcə də oxuyun: 

Azərbaycan XİN-dən sərhəd hay-küyünə cavab: "Təşvişə düşməyin"

Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı zənglər: ATƏT də narahatdır

* Qaragöldə nə baş verir? Ermənistan mətbuatı ultimatumdan dəm vurur