Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayıb. Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçirilən festival mayın 12-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə start götürüb.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilib.
Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.
Prezident İlham Əliyev, Vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də festivalın fəxri qonaqları olublar. Festivalın gedişində maraqlı anlar yaşanıb. Sputnik Azərbaycan bu mühüm tədbirdən çəkilmiş fotoları təqdim edir.