MƏDƏNİYYƏT

Samirə Əfəndi sabah ikinci məşqi üçün səhnəyə çıxacaq

Efendinin "Eurovision"da çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib.
Sputnik

BAKI, 12 may — Sputnik. Azərbaycanı "Eurovision-2021" mahnı müsabiqəsində "Mata Hari" mahnısı ilə təmsil edən Samirə Əfəndi (səhnə adı Efendi) sabah proqramının ikinci məşqi üçün səhnəyə çıxacaq.

Sputnik Azərbaycan xəbər verir ki, müğənninin geyimində dəyişikliklər olacaq. Müğənni birinci məşqdə dəyişiklikləri göstərmək istəmədiyini bildirib.

Xatırladaq ki, Efendinin "Eurovision"da çıxışı üçün nəzərdə tutulan geyimini dünya şöhrətli modelyer Rüfət İsmayıl dizayn edib.

Qeyd edək ki, "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsində təmsilçimiz Samirə Efendinin səhnə üzrə qrim və saç düzümü peşəkar stilist Anar Ağakişiyevə həvalə olunub.

Tamaşaçılar müsabiqə zamanı Efendini tamamilə fərqli obrazda görəcəklər ki, bu da onun səhnə performasında xüsusi yerə sahib olacaq.