CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.
Sputnik

BAKI, 12 may — Sputnik. Məşhur Hollivud aktyoru Tom Kruz "Qızıl Qlobus"dan (Golden Globe) qazandığı mükafatları geri qaytarıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, amerikalı aktyor bu addımını "Qızıl Qlobus" beynəlxalq mükafatının münsiflər heyətində cəmiyyət nümayəndələrinin müxtəlifliyinin təmin edilməməsi ilə əlaqələndirib.

Qeyd olunur ki, aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.