RUSİYA

Kazanda orta məktəbə silahlı hücum edən şəxs törətdiyi cinayəti etiraf edib

Prosesdə dövlət ittihamçısı məktəbə silahlı hücum edən 19 yaşlı Qalyavıyev barəsində iki və daha çox şəxsi öldürmə maddəsi ilə ittiham irəli sürüb və onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsini xahiş edib.
Sputnik

BAKI, 12 may - Sputnik. Tatarıstanın Kazan şəhərində orta məktəbdə odlu silahla 9 nəfəri qətlə yetirməkdə təqsirləndirilən İlnaz Qalyavıyev günahını etiraf edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Kazan şəhərinin Sovetski rayon məhkəməsində Qalyavıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

Prosesdə dövlət ittihamçısı məktəbə silahlı hücum edən 19 yaşlı Qalyavıyev barəsində iki və daha çox şəxsi öldürmə maddəsi ilə ittiham irəli sürüb və onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qalyavıyev törətdiyi cinayəti etiraf edib. Məhkəmə İlnaz Qalyavıyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, mayın 11-də Kazan şəhərində yerləşən 175 saylı orta məktəbə iki nəfər tərəfindən silahlı hücum olub. Silahlıların biri hadisə yerində zərərsizləşdirilib, digəri isə polis tərəfindən saxlanılıb. Nəticədə yeddisi şagird olmaqla 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.