BAKI, 11 may - Sputnik. İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə bildirib.
Konrikus əlavə edib ki, İsrail tərəfi uzun müddətdən bəri ilk dəfədir ki, Həmas və "İslami Cihad" qruplaşmasının raket atəşi açdığı 150 nöqtəyə əhatəli şəkildə 80 təyyarə ilə zərbələr endirir.
O, brifinqdə həmçinin radikal qruplaşmaların mövqelərinə qarşı F-35 qırıcısından da istifadə edildiyini qeyd edib.